Inzibati məhkəmələr vətəndaşın dövlətdəki mövqeyini gücləndirirlər
Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşların dövlət orqanlarının qərarları və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət etmək hüququna təminat verir. 1 yanvar 2011-ci il tarixdən etibarən bu şikayətlərə baxmaq səlahiyyətinə malik olan yeni məhkəmələr fəaliyyət göstərir. Belə ki, inzibati orqanların qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan vətəndaşlar Bakı, Sumqayıt, Şəki, Gəncə, Şirvan və Naxçıvanda yerləşən inzibati-iqtisadi məhkəmələrə iddia verə bilərlər.
Məhkəmələr müstəqildirlər və yalnız qanuna tabedirlər. Siz vətəndaş olaraq bu məhkəmələr qarşısında inzibati orqanlarla eyni hüquqlara maliksiniz. Öz iddia ərizənizdə Siz aşağıdakıları tələb edə bilərsiniz:
— inzibati orqanın üzərinə müəyyən hərəkətin edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması;
— inzibati orqanın qərarının ləğv olunması və ya dəyişdirilməsi;
— inzibati orqanın Sizə münasibətdə malik olduğu öhdəliyi yerinə yetirməsi.
Bundan başqa, Siz inzibati orqanın binasına buraxılmadığınız və ya inzibati orqana müraciət etməyinizə baxmayaraq, ondan heç bir cavab almadığınız hallarda da həmin orqanın hərəkətindən (hərəkətsizliyindən) inzibati məhkəməyə iddia verə bilərsiniz.
Lakin inzibati məhkəmələr Sizin iddia ərizənizi yalnız o halda qəbul edəcəklər ki, müvafiq inzibati orqanın qərarı və ya hərəkətsizliyi şəxsən Sizi əlverişsiz vəziyyətə salmış olsun.
İnzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün Sizin mütləq vəkil tutmağınıza ehtiyac yoxdur. Bununla belə, mürəkkəb xarakterə malik işlərdə məhkəmədə Sizi təmsil edəcək vəkil tutmağınız tövsiyə olunur.
Azərbaycan Respublikasının sözügedən yeni qanunlarının hazırlanmasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) ekspertləri yaxından iştirak etmişlər. GIZ inzibati məhkəmələrin hakimləri üçün təkmilləşdirmə seminarlarının keçirilməsini də dəstəkləyir. Bu internet səhifəsində Azərbaycanın inzibati hüququ ilə maraqlanan istənilən şəxs üçün məlumatlar əksini tapmışdır.
Əlaqə
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)
“Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı
Gənclər meydani 1, Az1005, Bakı Azərbaycan
Telefon: +99412 497 15 88
E-mail: shakir.safarbekov@giz.de
Azərbaycan Respublikasında fəaliyyət göstərən birinci instansiya inzibati-iqtisadi məhkəmələrinin ünvanları:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ünvanı:
Bakı şəhəri, Nəsimi rayonu,
Nəcəfbəy Vəzirov küç, 56,
Telefon: (012) 441-60-90.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ünvanı:
Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 32,
Telefon: (012) 422-44-12.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ünvanı:
Sumqayıt şəhəri, 5-ci məhəllə,
Nizami küçəsi 16/1,
Telefon: (018) 654-50-65, 654-66-67.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin ünvanı:
Şəki şəhəri, M.Rəsulzadə küçəsi 6,
Telefon: (0177) 5-07-30.
Gəncə İnzibati-İqtisadi Məhkəməsinin ünvanı:
Gəncə şəhəri, Xətai prospekti 33 A,
Telefon: (022) 55-58-65.
Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ünvanı:
Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10,
Telefon: (0197) 5-12-82.
Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin ünvanı:
Azərbaycan Respublikası, Naxçıvan,
Azadlıq prospekti, 32
Tel.: (994136) 44-65-85, 45-02-26.