Giz Bmz Federal Ministry for Economic Cooperation and Development

Giz Bmz Federal Ministry for Economic Cooperation and Development
Azərbaycanın yeni inzibati hüququ – məlumatlar və sənədlər
Xəbərlər
29.10.2014
Sual-cavab rubrikası yenilənmişdir

 

Sual-cavab rubrikası 29.10.2014-cü il tarixdə yenilənmişdir.. Həmin yenilənmə çərçivəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29.04.2014-cü il tarixli (M.Məmmədovun şikayəti əsasında AR İPM-nin 55-ci maddəsinin bəzi müddəalarının AR Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair) və 19.05.2014-cü il tarixli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci mad. şərh edilməsinə dair) qərarlarına istinadən rubrikada İPM-in 1.1-ci maddəsi ilə bağlı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-cu suallara, eləcə də İPM-in 55-ci maddəsi ilə bağlı 4, 5, 6-cı suallara bu vaxta qədərki cavablarda dəyişiklik və əlavələr edilmiş, habelə müvafiq hissələrdə yuxarıda adları çəkilən qərarlara birbaşa istinad olunmuş və həmin qərarların tam mətni ilə əlaqə yaradılmışdır. Bundan başqa, rubrikada İPM-in 1.1-ci maddəsinə dair yeni 11 və 12-ci suallar və onlara cavablar, həmçinin İPM-in 36-cı maddəsinə dair yeni 7-ci sual və ona cavab yerləşdirilmişdir. Nəhayət, inzibati məhkəmə proseslərində hazırlıq icraatı üzrə məsələlərin aktuallığını nəzərə alaraq, İPM-in 49-cu maddəsi ilə bağlı yeni 5-ci və 6-cı suallar və onlara cavablar əlavə edilmişdir.