Giz Bmz Federal Ministry for Economic Cooperation and Development

Giz Bmz Federal Ministry for Economic Cooperation and Development
Azərbaycanın yeni inzibati hüququ – məlumatlar və sənədlər
Xəbərlər
28.02.2013
İnzibati hüquqa dair yeni sual və cavablar hazırlanmışdır

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən inzibati hüquqa dair keçirilmiş növbəti seminarlar əsasında GIZ-in eksperti cənab Peter Yakob Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqinə dair yeni suallar və cavablar hazırlamışdır. Buna əsasən, www.inzibati.az saytının “Sual-cavab” rubrikasına İnzibati Prosessual Məcəllənin 1.1, 1.2, 2.1, 2.2, 8, 28, 31, 35, 38, 45, 49, 54, 55, 63.2, 70, 73, 86, 87, 88, 97, 110, 119-cu maddələri ilə bağlı yeni suallar və cavablar əlavə edilmişdir. Eyni zamanda Məcəllənin 8-ci maddəsi ilə bağlı verilmiş 6-cı sualın cavabı yeni redaksiyada verilmişdir.